O, sonra intihar edib.
Amerikanın Elmvud-Park şəhərinin (Arkanzas ştatı) istintaq orqanları müəyyən edib ki, 100 yaşlı yerli sakin öz arvadını balta ilə öldürüb, sonra isə intihar edib, Associated Press bildirib.
Həlak olanların cəsədlərini evlərində aşkar ediblər. 88 yaşlı Rozaliya Caskin ölü halda yatağında tapılıb, onun 100 yaşlı əri Maykl isə vanna otağında aşkar edilib. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, cütlük həlak olarkən onlardan başqa evdə heç kim ola bilməzdi, Oxu.Az Qazeta-ya istinadən xəbər verir.
Yerli sakinlərin sözlərinə görə, onlar həmişə bir yerdə olur, ictimai yerlərə bərabər gedirdilər, istintaqın əlində onların çətin münasibətlərini sübut edən faktlar var.