101 yaşlı qadın öz dəfnində dirildi - FOTO

MARAQLI
16:37 05.02.2013
3040

Çində matəm bayrama çevrildi

Çində qeyri-adi hadisə baş verib. Belə ki, 101 yaşlı qadın dəfn edilən gün yenidən dirilib.  16 saat ərzində hamı 101 yaşlı Penq Siuxuanı ölmüş bilib. Belə ki, yaşlı qadın tənha yaşayıb. Ona ancaq həmkəndliləri kömək ediblər. Bir dəfə o yıxılaraq zədələnib. Bundan sonra 70-dən artıq yaşları olan qızları ona qulluq etmək üçün yanına gəliblər. Bir gün onlar analarının nəfəs almadığını, nəbzinin vurmadığı görüblər. Uzunömürlü qadının öldüyünü düşünən övladları dəfn mərasiminə hazırlaşıblar. Növbəti gün bütün qohum-əqraba yığışaraq tabut hazırlayıb. Tabuta qoyulmağa hazırlaşanda birdən qadın gözlərini açıb. Yaşlı qadın gülümsəyərək toplaşanları salamlayıb. Dəfnə gələnlər isə "ölü"nün xortlamasından şoka düşüblər. Nəticədə matəmə gələn insanlar ölmüş qadının geri qayıtmasını qonaqlıqla qeyd ediblər. (ANSPRESS)

OXŞAR XƏBƏRLƏR