Bu ay 102 yaşını qeyd edən yüzillik yaşlı qadın uzun yaşamağın sirlərini bölüşüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Avstraliyanın Allity Claremont Terrace” adlı təqaüdçü icmasında yaşayan Janet Gibbs 100 yaşdan yuxarı sağlamlıq vəziyyəti ilə diqqət çəkir.
86 yaşına qədər qolf oynayan Gibbs deyir ki, aktiv qalmaq və gənc dostlara sahib olmaq uzun ömür sürməyin açarıdır.
Ən azı 100 yaşına qədər yaşayan bir çox yüzilliklər sağlam yemək, gündəlik işlərinin bir hissəsi kimi idman etmək və dostları və ailəsi ilə vaxt keçirməklə tanınırlar.
Gibbs də bütün bu vərdişlərini davam etdirir və verdiyi müsahibədə o, atletizmi çox sevdiyini deyib:
"Mən həmişə hiperaktiv olmuşam. Mən qolf, tennis, xokkey və dostlarımla velosiped sürmək kimi idman növlərini sevirdim və oynayırdım".
30 yaşında qolf oynamağa başlayan qadın 86 yaşına qədər bunu davam etdirib.
Ayşən