105 yaşlı azərbaycanlı uzunömürlülüyün sirrini açıqladı

105 yaşlı azərbaycanlı uzunömürlülüyün sirrini açıqladı
SOSİAL
13:34 17.05.2022
320

1917-ci ildə Ağsu rayonunun Bicov kəndində anadan olan Nasxanım İmaməliyeva bölgənin ən uzunömürlü sakinlərindən biridir. Ömrünü zəhmətkeş əməkçi kimi keçirən Nasxanım nənə deyir ki, sağlam və çox yaşamaq insanın özündən, onun yaşam tərzindən asılıdır.

AZXEBER.COM Azərtac-a istinadən xəbər verir ki, Nasxanım nənə bu illərdə xeyli çətinliklərə sinə gərib, müharibələr görüb, ailə qurub, övlad, nəvə-nəticə sahibi olub.

Nasxanım İmaməliyeva hazırda Şamaxı rayonunun Sabir qəsəbəsində qızı ilə birgə yaşayır. Ömrünün maraqlı məqamlarından, zaman-zaman ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən söz açan Nasxanım nənə ermənilərin 1918-ci ildə azərbaycanlılara tutduğu divanı, həmvətənlərimizə verdikləri işgəncələri yaxınlarından eşitdiyini bildirir.

Nənənin ailəsi kasıb və zəhmətkeş olub, dörd övladını çətinliklə böyüdüb, boya-başa çatdırıb. Yoldaşı 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində faşistlərə qarşı ön cəbhədə döyüşüb, özü isə arxa cəbhədə xidmət edib. Həmin illərdə insanların necə aclıq keçirdiyini və xəstəlikdən əziyyət çəkdiyini gözləri önündə canlandıran Nasxanım nənə uzun illər kolxozda işləyib. Üzüm, pambıq, taxıl yetişdirib, zəhmət çəkib, halal çörək qazanıb. Zəhmətkeş əməkçi kimi xidmətlərinə görə ağbirçək bir neçə dəfə medal ilə də təltif olunub.

Nasxanım nənə deyir ki, uzunömürlü və sağlam yaşamaq üçün bəzi məqamlara diqqət etmək lazımdır: "Düzdür, ömrü verən Allahdır, lakin sən də özünü gözləməlisən. Ailədə söz-söhbət də olar, amma gərək bir-birinizi eşidəsiniz, başa düşəsiniz”.

 

Nasxanım nənədən uzunömürlü, gümrah və cavan qalmasının sirrini soruşanda məlum oldu ki, o, gündə 3 dəfə və həmişə eyni vaxtda yemək yeyir, rejmini heç vaxt pozmur. Ağbirçək nənə deyir ki, masanın üstündə nə qədər naz-nemət olsa da, ancaq bir növ qida ilə kifayətlənmək lazımdır, yeməkləri qarışdırmaq olmaz.

Nənənin qızı Yavər İmaməliyeva bildirir ki, anası hər zaman təbii ərzaqlarla qidalanır. Hər gün təbii bal və müxtəlif tərəvəzlərdən yeyir. Boyat çörək və ya yeməyi ümumiyyətlə yemir. Toyuq və mal ətini yeməsə də, qoyun əti sevimli yeməklərindən olub.

Bu il nənə 106 yaşını qeyd etməyə hazırlaşır. Yaşının çox olmasına baxmayaraq, o, özunü gümrah hiss edir.

Qeyd edək ki, 105 yaşlı Nasxanım nənənin 4 övladı, 15 nəvəsi, 20 nəticəsi, 2 kötücəsi var.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazanıb
21:47 15.03.2026
Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazanıb