87 yaşlı nigeriyalı Bello Maasabanın 19-64 yaşlı 86 arvadı var. Qarşısına çıxan qadınlarla evlənən Bello Maasaba indiyədək 12 arvadı ilə itaətsizlik üzündən boşanıb.
Nigeriyalının 107 arvadından 185 uşağı olub. Övladlarından 133-ü həyatdadır. Bello Maasabanın ən kiçik övladı 1 aylıqdır.
Nigeriyanın şəriət qaydaları ilə idarə olunan Niger şəhərinin rəhbərləri üç il əvvəl Bello Maasabadan 82 arvadını boşamasını və yalnız 4 arvadı ilə həyatına davam etməsini tələb edib. Lakin kişi bu əmrə tabe olmayıb və həbs olunub. Sonradan bütün arvadlarının müraciəti əsasında onu azadlığa buraxıblar.
Bello Maasabanın məntiqinə görə, ürəyi istədiyi qədər qadınla evlənməsi “Allahın əmri”dir.
//milli.az