Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü şəhər sakini, Elman Sarıyev naməlum şəraitdə bıçaq xəsarətləri alıb. O, xəstəxanaya çatdırılıb.
İlkin məlumata əsasən, gənc 17 saylı şəhər orta məktəbinin 11-ci sinif şagirdidir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, 17 yaşlı şəhər sakininin kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.










































