Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Temperatur gecə 2° şaxtadan 3°-dək isti , gündüz 12-17° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında əsasən gecə və axşam arabir qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 3°-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın əsasən gecə və axşam arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Temperatur gecə 0-3° , gündüz 5-8° isti olacaq.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın əsasən gecə və axşam arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2°-7° isti, dağlarda gecə 3°-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən gecə və axşam arabir yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 1°-4°, gündüz 5°-10° isti təşkil edəcək.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın gecə və axşam arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Temperatur gecə 2°-5°, gündüz 6°-9° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 2°-6° isti təşkil edəcək.