11 milyonluq "instagram" hesabını silən Can Yaman geri döndü

11 milyonluq "instagram" hesabını silən Can Yaman geri döndü
MAQAZİN
10:35 07.03.2025
297
Sandokan serialının çəkilişlərinə fokuslanmaq üçün ötən iyun ayında 11 milyon izləyicisi olan "İnstaqram" hesabını silən Can Yaman 10 ay sonra yeni hesab açıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə dəqiqə ərzində Yamanın hesabı 50 min izləyiciyə yaxınlaşıb.
 
Can Yaman hesabında ilk olaraq yeni layihəsi "El Turco" serialının pərdəarxası görüntülərini paylaşıb.
 
Keçən həftə Misirin paytaxtı Qahirədə üç fərqli pendir reklamı çəkən və Sandokan serialının qlobal tanıtımı üçün Londona gedən Yaman, martın 17-də Rusiyaya, 23-də isə seriallarının izlənmə rekordları qırdığı Braziliyaya uçacaq və Rio-de-Janeyroda pərəstişkarları ilə görüşəcək.
 
Aysel
OXŞAR XƏBƏRLƏR