Kambocada 11 yaşlı qız H5N1 adlı quş qripi səbəbindən ölüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Kamboca Səhiyyə Nazirliyi bildirib ki, Prey Veng şəhərinin bir kəndində yaşayan uşaq fevralın 16-da öskürək, boğaz ağrısı və 39 dərəcəyə qədər qızdırma şikayətləri ilə paytaxt Phnom Penhdəki xəstəxanaya aparılıb. 11 yaşlı qız tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.
Qeyd olunur ki, sözügedən hadisə Kambocada 2014-cü ildən bəri ilk quş qripi hadisəsidir.
Nazirlik həyatını itirən qızın yaşadığı bölgədəki çöl quşlarından nümunələr götürüldüyünü, ölü və ya xəstə quşlara toxunulmaması ilə bağlı xəbərdarlıq edildiyini də açıqlayıb.
Aydın