Azərbaycanın Göyçay rayonunda məktəbli qız bədbəxt hadisə nəticəsində ölüb.AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaraməryəm kəndində qeydə alınıb. Kənd sakini, 2004-cü il təvəllüdlü Sadıqova Tahirə Azad qızı yaşadığı evdə kustar üsulla düzəldilmiş su qızdırıcısını işə salarkən ehtiyatsızlıqdan edib və elektrik cərəyanı onu vuraraq öldürüb.Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.