11 yaşlı universitet tələbəsi - FOTO

DÜNYA
13:13 18.05.2013
2700

Almanyada 11 yaşlı Mert Açıkel adlı uşaq ali məktəbə gedir.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, məktəbdəki dərslərlə kifayətlənməyən 11 yaşlı tələbə Berlin Texniki Universitetində Qida kimyası fakültəsi üzrə təhsil alır.

Ailəsindən verilən məlumata görə, Mert hələ 4 yaşında ikən oxumağı, yazmağı, riyazi hesablamanı öyrənib. Birinci sinfə başlayandan 4 həftə sonra ikinci sinfə keçib. “Əslində oğlumu daha tez məktəbə qoymaq istəyirdik. Amma boyu balaca olduğundan onu məktəbə qəbul etmədilər” deyən M.Açıkelin anası oğlunun belə istedadlı olması ilə qürur duyur. Ən böyük arzusu Kembric universitetində təhsil almaq olduğunu deyən 11 yaşlı tələbə məşhur fizik Stephen Havkinqin dərslərində iştirak etmək istəyir.

M.Açıkel boş vaxtlarını musiqiyə, şahmat, fizika kurslarına, üzgüçülüyə getməklə dəyərləndirir.

OXŞAR XƏBƏRLƏR