11 yaşlı uşaq su anbarında boğuldu

11 yaşlı uşaq su anbarında boğuldu
SOSİAL
10:08 28.06.2024
127
Cəlilabadda su anbarında çimən uşaq boğulub.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Gülməmmədli kəndində yerləşən İncəçay su anbarında qeydə alınıb.

11 yaşlı Səməd Mənsurov digər uşaqlarla birlikdə anbarda çimərkən dərinliyə düşərək batıb.

Uşağın cansız bədəni sudan çıxarılaraq təhvil verilib.
OXŞAR XƏBƏRLƏR