Tanınmış müğənni Xuraman Şuşalı aparıcı-prodüser Tarix Əliyev haqda maraqlı etiraf edib.
AZXEBER.COM xəbər verir ki, Tolik aparıcısı olduğu "Hər şey daxil" verilişinə müğənni Xuramanı dəvət edib. O veriliş zamanı Xuramandan onu ürəkdən bağışlayıb-bağışlamadığı etiraf etməyini istəyib. Xuraman isə belə şərh edib.
"Sən yaxşı bir savab iş gördün. Mən İnstaqram-da görmüşdüm. Baxdım o əməlinə, dedim ki, "Hə, səni bağışlayıram". Ürəkdən bağışladım səni".
Qeyd edək ki, müğənni Xuraman Şuşalı ilə Tolik arasında 12 il əvvəl qalmaqal yaranmışdır. Hətta Xuraman açıqlamalarının birində onu heç vaxt bağışlamayacağını bildirmişdi.