12 xal səhvən verilib - Qalib dəyişə bilər

12 xal səhvən verilib - Qalib dəyişə bilər
ŞOU-BİZNES
16:09 16.05.2016
1671
“Eurovision 2016” mahnı müsabiqəsində daha bir anlaşılmazlıq baş verib.
Danimarkanın ən yüksək münsif səsi səhvən Ukraynaya verilib.
Bu barədə “Eurovisio”nun Danimarka üzrə nümayəndəsi bildirib.
Hilda Heyk qeyd edib ki, əslində 12 xal Ukrayna üçün yox, Avstraliya üçün nəzərdə tutulub:
“Qiymətləndirmə sistemində qarışıqlıq yaranıb. Ukraynaya 1 bal belə vermək fikrimiz yox idi. Səhvimi növbəti gün başa düşmüşəm, etiraf edirəm, mənim səhvimdir. Qeyd etmək istəyirəm ki, çoxları məni təqaüdə göndərməyə çalışsalar da, qocalıq psixosundan əziyyət çəkmirəm”.
Qeyd edək ki, Avropa Yayım Birliyinə (EBU) məsələ ilə bağlı müraciət edilib. Lakin qurumun məsələ ilə bağlı hər hansı bir planı yoxdur.
Səsvermə nəticələri nəzərə alınsa, nəticə dəyişə bilər. Belə ki, Ukraynanın topladığı 534 baldan 12 xal geri tötürülərək Avstraliyanın topladığı 511 bala əlavə olunsa, Dami İm 1 xal fərqlə qalib hesab edilə bilər.
///“Qafqazinfo”
OXŞAR XƏBƏRLƏR