12 yaşlı dünyanın ən kök uşağının həyat hekayəsi eşidənləri təəccübləndirdi - FOTO

MARAQLI
14:20 31.10.2022
893
İndoneziyada yaşayan və rekordlar kitabına düşən 12 yaşlı Arya dünyanın ən kök uşağı olaraq gündəmə gəlib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, çəkisi üzündən yaşıdları kimi hərəkət edə bilməyən, məktəbə gedə bilməyən, davamlı yemək yeyən indoneziyalı oğlan kəskin arıqlama müalicəsinə başlayıb.

12 yaşlı Aryanın qəribə həyat hekayəsi də var. Belə ki, o, adi körpə kimi normal çəkidə doğulub, lakin 2 yaşına çatanda həddindən artıq yemək yeyən uşaq olub. Davamlı yeməyə başlayıb. Anası ona yemək verməyəndə o, dayanmadan ağlayıb və anası buna dözməyib.

Sonra anası Aryaya gündə 5 dəfə 2 boşqab yemək yedizdirməyə başlayıb. Anası uşağın göz yaşlarına dözmədiyi üçün istədiyi vaxt ona yemək verib.

Bu vəziyyətdə Arya 10 yaşına qədər davam edib. 10 yaşında Arya artıq dünyanın ən kök uşağı idi. Tamamilə sakit olan Arya ölüm ayağında idi və kimsə onun bu vəziyyətinə kömək etmirdi.

Daha sonra isə Arya və ailəsi böyük bir dəyişiklik etmək qərarına gəldi. O, az yeyib, sonra idman edərək arıqlamağa başlayıb. Daha sonra əməliyyata aparılıb. Arya əməliyyatdan sonra daha mütəşəkkil bir həyata keçib və onun dəyişməsi inanılmaz olub. 
 
Aydın

 

 

 

 


OXŞAR XƏBƏRLƏR