12 yaşlı qız 9 yaşlı qardaşını bıçaqlayaraq öldürüb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, dəhşətli hadisə ABŞ-nin Oklahoma ştatının Talsa şəhərində baş verib.
Valideynləri yuxarı mərtəbədə yatarkən 12 yaşlı qız 9 yaşlı qardaşını bıçaqlayaraq öldürüb. Qan donduran hadisədən sonra kiçik qız nəzarətə götürülüb.
Polis hadisə ilə bağlı açıqlamasında şübhəli uşağın nəzarətə alınaraq ailə mərkəzinə aparıldığını açıqlayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Aydın