Məhkəmədən “Elina işi” ilə bağlı qərar - 1 maddəyə xitam verildi

Məhkəmədən “Elina işi” ilə bağlı qərar - 1 maddəyə xitam verildi
SOSİAL
12:12 12.09.2019
8503

Xəbər verdiyimiz kimi, 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən məktəbin direktoru Sevinc Abbasovanın bu gün məhkəməsi başlayıb.

AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.

Hadisə ilə bağlı ilk olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmışdı, bu maddəyə istintaq xitam verib. 

 

Sevinc Abbasova isə günahsız olduğunu deyib:"Mənim təqsirim yoxdur".

İşin icraatına xitam verilməsi üçün vəsatət verilib. Lakin vəsatət təmin edilməyib.

Proses sentyabrın 18-də davam etdiriləcək.


 


OXŞAR XƏBƏRLƏR