"13 sentyabr hadisələri siyasi motivli hərbi təxribatdır"

"13 sentyabr hadisələri siyasi motivli hərbi təxribatdır"
SİYASƏT
11:54 18.09.2022
685
2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün ərzində tarixə sığmayacaq qəhrəmanlıqlarla davam edən Vətən müharibəsindən artıq iki ilə yaxın müddət keçir. Ötən müddət Azərbaycanın beynəlxalq arenadakı uğurları və Ermənistanın hər revanşist addımının qarşısının Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınması ilə xarakterik oldu. Təəssüf ki, məğlubiyyətlərlə dolu keçmişinə baxmayaraq düşmən ona verilən dərsləri ya anlamır, ya da tez-tez unutqanlıq nümayiş etdirir. 
Sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar iki dövlət arasında münasibətlərin normallaşması prosesinə böyük zərbə vurdu. 80 Azərbaycan övladının şəhid olması hər birimizi dərindən sarsdı və  kədərləndirdi. Eyni zamanda yenidən qisas hisslərimizi də körüklədi. Bu günə qədər verilən rəsmi məlumata əsasən 135, qeyri-rəsmi məlumatlara görə isə 400-dən çox erməni hərbiçisi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib. Bununla yanaşı, Ermənistan silahlı qüvvələri texnika baxımından da böyük itkilər verərək geri çəkilməyə məcbur edilib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən düşmənin 53 döyüş mövqeyi məhv edilmiş, xeyli sayda strateji yüksəklik nəzarətə götürülmüşdür. Yəni, Ermənistan yenə də heç nəyə nail olmadan geri çəkilməyə məcbur edilmişdir. Məlumatlardan da görünür ki, Azərbaycan hər bir şəhidinin qisasını qətiyyətlə almış, onların qanını yerdə qoymamışdır.

Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. 13 sentyabr tarixli təxribat, eyni zamanda, rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb.

İşğaldan azad olunmuş ərazilərdə bastırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır.

Bütün qarayaxmalarına və düşmən ölkələrin dəyirmanlarına su tökmələrinə baxmayaraq 44 günlük Vətən müharibəsində olduğu kimi xalqımız yenə də Ali Baş Komandanın ideyaları ətrafında sıx birləşib. Azərbaycanı ittiham edənlər unutmasınlar ki, ölkəmiz Ali Baş Komandanın rəhbərliyi altında bütün strateji hədəflərinə çatır və birlik bizi yeni-yeni zəfərlərə aparacaq. 

Cari ilin 27 iyun tarixində möhtərəm  Prezidentimiz cənab İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında demişdir: "Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir.” Belə ki, 13 sentyabr tarixində yaşanmış insident bir daha onu göstərir ki, Prezident İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyət daşıyır. Təbii ki, döyüşlərin, müharibənin yazılmamış qanunları var. Bizim hərbi qulluqçularımız öz canları bahasına bu Vətənin hər bir qarışını qoruyur. Son döyüş əməliyyatlarında düşmənə sarsılmaz zərbə vuran ordumuz düşmənin yüzlərlə əsgərini məhv etmişdir. Çox təəssüf ki, bu döyüşlərdə ordumuzun 71 hərbi qulluqçusu şəhid olmuşdur. Allahdan bütün şəhidlərimizə rəhmət, yaxınlarına səbir, yaralılarımıza isə şəfa diləyirəm!
 
Naftalan şəhər sakini Kəmalə Hüseynova
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyanın zərbələri nəticəsində Dneprdə 1 ölü, 5 yaralı, Nikopolda 13 yaralı var
22:41 10.04.2025
Rusiyanın zərbələri nəticəsində Dneprdə 1 ölü, 5 yaralı, Nikopolda 13 yaralı var
İranda bank işçisi məcburi hicab taxmayan qadına xidmət göstərməkdən imtina etdi
22:32 10.04.2025
İranda bank işçisi məcburi hicab taxmayan qadına xidmət göstərməkdən imtina etdi
Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir - Açıqlama
22:27 10.04.2025
Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir - Açıqlama
Suqovuşanda qadın bıçaqlandı - Şübhəli şəxs oğludur
22:11 10.04.2025
Suqovuşanda qadın bıçaqlandı - Şübhəli şəxs oğludur
Rəhman Mustafayev: Bakı və Moskva “Rus Evi” ilə əlaqədar vəziyyətlə bağlı dialoqu davam etdirir
22:03 10.04.2025
Rəhman Mustafayev: Bakı və Moskva “Rus Evi” ilə əlaqədar vəziyyətlə bağlı dialoqu davam etdirir
Təhsil İnstitutu olimpiada suallarında səhvlərin olması ilə bağlı iddialara aydınlıq gətirib
21:57 10.04.2025
Təhsil İnstitutu olimpiada suallarında səhvlərin olması ilə bağlı iddialara aydınlıq gətirib
Azərbaycan və Portuqaliya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
21:45 10.04.2025
Azərbaycan və Portuqaliya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
ABŞ-da xarici tələbələrin vizaları kütləvi şəkildə ləğv olunur
21:35 10.04.2025
ABŞ-da xarici tələbələrin vizaları kütləvi şəkildə ləğv olunur
Ermənistan vətəndaşından məhkəmədə etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim - MƏHKƏMƏ
21:27 10.04.2025
Ermənistan vətəndaşından məhkəmədə etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim - MƏHKƏMƏ
Qeyri-stabil hava şəraiti kənd təsərrüfatı məhsullarının QİYMƏTİNƏ TƏSİR EDƏCƏK?
21:12 10.04.2025
Qeyri-stabil hava şəraiti kənd təsərrüfatı məhsullarının QİYMƏTİNƏ TƏSİR EDƏCƏK?
KİV: Donald Tramp Türkiyəyə gedəcək
21:03 10.04.2025
KİV: Donald Tramp Türkiyəyə gedəcək
Bakı-Quba yolunda yük maşını betona çırpılıb, radar aşıb
20:53 10.04.2025
Bakı-Quba yolunda yük maşını betona çırpılıb, radar aşıb
Sabah Yevlaxın 21 kəndinin qaz təchizatı dayandırılacaq
20:47 10.04.2025
Sabah Yevlaxın 21 kəndinin qaz təchizatı dayandırılacaq
Tərtər sakininin 15 min manatı oğurlanıb
20:39 10.04.2025
Tərtər sakininin 15 min manatı oğurlanıb
Məktəblərə "Son zəng"ə dair təlimatın göndərilməsi ilə bağlı məlumatlara aydınlıq gətirilib
20:28 10.04.2025
Məktəblərə "Son zəng"ə dair təlimatın göndərilməsi ilə bağlı məlumatlara aydınlıq gətirilib
İmaməddin Əlimanov istintaqa çağırılıb
20:23 10.04.2025
İmaməddin Əlimanov istintaqa çağırılıb