13 yaşında 3 dəfə hamilə qaldı - FOTO

DÜNYA
13:54 24.04.2014
8366
Baxın, bu uşaqlar haralarda yaşayır ...
Dünyanın fərqli ölkələrində yaşayan uşaqları və onların həyat tərzlərini fotoqrafın yaddaşına həkk edən Ceyms Millisonun (James Mollison) çəkdiyi fotolar dünya ictimaiyyətini düşündürməyə vadar edib. ANS PRESS-in məlumatına görə, fotoqrafın təqdim etdiyi fotolar uşaqların hər birinin maraqlı olduğu qədər təəccüblü həyat hekayəsini üzə çıxarıb. Bu uşaqların ölkələri kimi həyat tərzləri və həyat hekayələri də çox fərqlidir. Biri cəh-cəlal içində və mühafizəçilərin qoruması ilə yaşadığı halda, digəri gecələr başını qoymağa rahat yer tapmır.
Ən dəhşətlisi isə Braziliyada yaşayan 14 yaşlı Erlenin həyat hekayəsidir. Bu qız çox tez böyüyüb, 13 yaşında 3 dəfə hamiləlik keçirib. Hazırda dördüncü hamiləliyini yaşayan qızcığazın yatmağa çarpayısı belə belə yoxdur. Hamiləliyinin son aylarında yataqda yata bilməyən 14 yaşlı qızcığaz, quru yerdə yatmaq məcburiyyətində qalır. Daha öncə hamilə qaldığı 3 körpəsinin bətnində ikən itirən Erlen, yeni uşağı dünyaya gətirdikdən sonra işləməyə başlayacaq...
Meksikada yaşayan 12 yaşlı Mariya Erlendən fərqli olaraq 3 mərtəbəli, özəl mühafizələrlə qorunan bir villada anası və atası ilə birlikdə yaşayır. Əmisi oğlu cinayətkar dəstə tərəfindən qaçırıldıqdan bu yana, balaca qız mühafizəçilərlə qorunur...
15 yaşlı Risa Yaponiyada yaşayır. Bu qız bir çay evində 13 qadınla birlikdə həyat sürür. Onun yaşam tərzi çox sadədir...
Jasmin 4 yaşındadır və bu balaca qızcığaz anası, atası və 3 bacı-qardaşı ilə birlikdə Amerikada yaşayır. Onun yaşadığı ev çox böyükdür və ən təəccüblüsü isə budur ki, yaşadıqları ev Jasminindir. Jasmin bu evi uşaqların gözəllik yarışmasında qazanıb. İndiyə qədər 100-dən çox yarışmaya qatılan Jasmin böyüyəndə rok ulduzu olmaq istəyir...
4 yaşlı Kaya da Yaponyada yaşayır. Paytaxt Tokioda kiçik bir mənzildə ailəsi ilə birlikdə yaşayan Kayanın otağı hər balaca qızın röyalarının otağı kimi düzənlənib. Kayanın bütün geyimlərini anası tikir. Ata-anasının 4 yaşlı şahzadəsinin hələlik 300 libası var...
7 yaşlı İndira Nepal ölkəsindəndir. Anası, atası və qardaşı ilə yaşayır. Uşaqlıq görməyən bu başı pırtlaşıq qız 3 yaşından qranit ocağında işləməyə başlayıb. İndira və ailəsi bir otaqlı evde yaşayır.
OXŞAR XƏBƏRLƏR