13 yaşlı qız İsrail əsgərlərinə meydan oxudu - VİDEO
DÜNYA
14:21 25.12.2012
2682
İsrail əsgərlərinə meydan oxuması ilə məşhurlaşan 13 yaşlı fələstinli qız "Hazala Cəsarət Mükafatı"na layiq görülüb. Ahed Tamimi adlı qızcığaz mükafatı almaq üçün dünən İordaniya vasitəsilə Türkiyəyə gəlib.İstanbula gəlməzdən əvvəl fələstinli qızın İsrail əsgərlərinə meydan oxumasını əks etdirən kadrlar yayılıb.Qərb kütləvi-informasiya vasitələrinin lentə aldığı görüntülərdə Ahed Tamimi qardaşlarını əsir götürdükləri üçün İsrail əsgərlərinin üstünə qışqıraraq, onlarını azad etmələrini tələb edir.