13 yaşlı qız qarınağrısı üçün getdiyi xəstəxanada ana oldu

MARAQLI
17:16 10.04.2012
3760

Gənc ananın qızı doğulub

Türkiyədə 13 yaşlı qız ana olub. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, İzmirdə yaşayan yeniyetmə qızı ailəsi xəstəxanaya qarını ağrıdığı üçün aparıblar. Həkim müayinəsindən sonra qızın hamilə olduğu bəlli olub. Nəticədə qarınağrısı ilə xəstəxanaya gedən qız bir neçə saatdan sonra qız anası olub. Məlumata görə, adı açıqlanmayan qız ötən il sevgilisinə qoşulub qaçıb. Bir müddət sevgilisi ilə birlikdə yaşayan qızı ailəsi evinə geri qaytarıb. Müəyyən müddətdən sonra onun kökəldiyi müşahidə edilsə də, ailə buna önəm verməyib. Hadisə ilə bağlı polis tərəfindən araşdırma başlayıb. 13 yaşlı gənc ananın sevgilisi artıq polis tərəfindən saxlanılıb.

OXŞAR XƏBƏRLƏR