Tovuzda 13 yaşlı qız evlərində qaynar suda yanıb.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Vahidli kəndində baş verib. Kənd sakini, 2005-ci il təvəllüdlü Abdullayeva Taclıbəyim Elbrus qızı yaşadığı evdə ehtiyatsızlıq edib və nəticədə qaynar su qazanı üstünə aşıb.
Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda xəstənin vəziyyəti kafi qiymətləndirilir.