13 yaşlı uşağı zorlayan 63 yaşlı azərbaycanlıya 12 il həbs verildi

MAQAZİN
12:00 15.03.2013
4542

Rusiya Federasiyası İstintaq Komitəsinin Stavropol vilayəti üzrə İstintaq İdarəsinin Pyatiqorsk rayonlararası istintaq şöbəsi tərəfindən toplanmış sübutlar 63 yaşlı Azərbaycan Respublikası vətəndaşı Əsgərov Sakit Aslan oğlu haqqında məhkəmə hökmünün çıxarılması üçün kifayət hesab olunub.

AZXEBER.COM Rusiya İstintaq Komitəsinin saytına istinadən xəbər verir ki, həmyerlimiz Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə nəzərdə tutulan (Seksual xarakterli zorakılıq hərəkətləri) cinayəti törətməkdə müqəssir bilinib.İstintaqın fərziyyəsinə görə, 14 yanvar 2012-ci il tarixində axşam S.Əsgərov küçədə ruhi xəstəlikdən əziyyət çəkən 13 yaşlı oğlan uşağına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.Məhkəmənin qərarı ilə S.Əsgərov cəzasını ciddi rejimli əmək-islah müəssisəsində çəkmək şərti ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

OXŞAR XƏBƏRLƏR