ABŞ-da baş verən hadisə hər kəsi dəhşətə gətirib.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 41 yaşlı Villiam Cruksa gələn mesaj onu təəccübləndirib.Belə ki, 13 yaşlı oğlu Noah, “Ata, mən anamı öldürdüm, amma səbəbini bilmirəm” deyə mesaj göndərdib. Cruks bu mesajı zarafat olaraq qəbul edib və oğluna “Yaxşı, meyiti həyətə at, sonra həll edərik” deyə cavab verib.Axşam ata evə gələndə qorxunc hadisənin şahidi olub.
Dərslərini yaxşı oxumayan Noaha, anası kompüter oyunlarını qadağa edib. Və nəticədə oğul anasına təcavüz edərək onu öldürüb. Cinayətdən dərhal sonra balaca qatil polis xidmətinə zəng edərək “Anamı öldürdüm. Özümü dəli kimi hiss edirəm. Amma dəli deyiləm. Ona təcavüz etməyə çalışdım. Kim öz anasına belə hərəkət edər? Bütün həyatımı məhv etdim” deyə danışıb.Ayşə İsazadə