13 yaşlı uşaq Əlillərin Bərpa Mərkəzindən itkin düşdü

13 yaşlı uşaq Əlillərin Bərpa Mərkəzindən itkin düşdü
SOSİAL
23:56 23.01.2019
8133
Bakıda 13 yaşlı uşaq itkin düşüb. 

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 6-cı mikrorayon, Kazımovski küçəsində yerləşən Əlillərin Bərpa Mərkəzində baş verib.

Sabirabad rayonu Moranlı kənd sakini, 2005-ci il təvəllüdlü Hüseynli Amin Əziz oğlu yanvarın 21-də saat 13 radələrində Əlillərin Bərpa Mərkəzindən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR