14 il uşağı olmayan Bahar: "Anam qarğış etmişdi"

14 il uşağı olmayan Bahar:  "Anam qarğış etmişdi"
MAQAZİN
17:27 25.11.2019
6510
Müğənni Bahar Lətifqızı anası ilə bağlı maraqlı açıqlama edib.
 
AZXEBER.COM xəbər verir ki, müğənni Xəzər Tv-də yayımlanan "Ay Zaur" verilişində anasının qarğışına görə ana ola bilmədiyini deyib.
 
"Bir dəfə anama dedim ki, yaxşı ana olsaydın bizi sığınacağa verməzdin. Anam bu sözümdən bərk qəzəblənib, ürəyi getdi. O da mənə qarğış edib dedi ki, "görüm sən də heç vaxt ana ola bilməyəsən".
 
O qarğışdan sonra ana ola bilmirdim. Gedib qarşısında diz çöküb, yalvardım ki, mənə halalıq ver. Ondan düz 2 ay sonra ana oldum”.
 
Qeyd edək ki, müğənni 14 ildən sonra ana olub. Övladı olmadığı üçün ikinci həyat yoldaşından ayrılıb.
 
Sözügedən kadrları təqdim edirik.

OXŞAR XƏBƏRLƏR