14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi - FOTO

14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi - FOTO
SOSİAL
12:05 04.09.2025
564
Himayəsində olan 14 yaşlı bacısı oğluna işgəncələr verərək xəsarətlər yetirdiyinə görə saxlanılan Günay Novruzova barəsində həbs-qətimkan tədbiri seçilib.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 3 aylıq həbs qərarı qəbul edilib.

Qeyd edək ki, qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tədbirlər DİN-in nəzarətinə götürülüb. Belə ki, fakta görə Sabunçu RPİ-də Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, 14 yaşlı yeniyetmə valideynlərini itirib. Ona xalası tərəfindən işgəncə verildiyi iddia olunub. Yeniyetmə artıq səhiyyə müəssisəsinə yerləşdirilib.
 

 


OXŞAR XƏBƏRLƏR