Bayram və istirahət günlərinin hava proqnozu açıqlandı

Bayram və istirahət günlərinin hava proqnozu açıqlandı
SOSİAL
21:24 06.03.2026
894
Milli Hidrometeorologiya Xidməti bayram və istirahət günlərində ölkə ərazisində gözlənilən hava şəraiti barədə məlumat yayıb.

Xidmətdən AZXEBER.COM-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 7-9 dərəcə isti olacaq.

Martın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq. Martın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda martın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. 9-u gündüz yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı bildirilir.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə martın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. 9-u axşama doğru yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti müşahidə ediləcək.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda martın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-3, dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti, dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda martın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. 9-u gündüz yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4, gündüz 5-8 dərəcə isti olacağı ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda martın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. 9-u axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-3, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 0-5 dərəcə şaxta olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada martın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. 9-u axşama doğru yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-5, gündüz 6-9 dərəcə isti müşahidə ediləcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda martın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. 9-u axşama doğru yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-6, gündüz 0-3 dərəcə şaxta olacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bizon “13 həftə, 13 avtomobil” lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu
15:20 17.09.2026
Bizon “13 həftə, 13 avtomobil” lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu
15:15 17.09.2026
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu
Şəmkirdə illər əvvəl törədilən qətlin TƏFƏRRÜATLARI
15:10 17.09.2026
Şəmkirdə illər əvvəl törədilən qətlin TƏFƏRRÜATLARI
ADMİU-dan xaric edilən tələbə: “Təhsilimi davam etdirmək istəyirəm” - VİDEO
15:08 17.09.2026
ADMİU-dan xaric edilən tələbə: “Təhsilimi davam etdirmək istəyirəm” - VİDEO
Bakıda 4 nəfər son anda ölümdən döndü - VİDEO
15:03 17.09.2026
Bakıda 4 nəfər son anda ölümdən döndü - VİDEO
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı oldu
14:46 17.09.2026
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı oldu
Lionel Messi yenə tarix yazdı – 48-ci kubokunu qazandı
14:35 17.09.2026
Lionel Messi yenə tarix yazdı – 48-ci kubokunu qazandı
"Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"
14:30 17.09.2026
"Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış oldu
14:30 17.09.2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış oldu
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
14:29 17.09.2026
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
Xəzər və Yasamal rayonlarında oğurluq edənlər saxlanıldı
14:12 17.09.2026
Xəzər və Yasamal rayonlarında oğurluq edənlər saxlanıldı
Prezident Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında
14:10 17.09.2026
Prezident Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında
Tələbə universitetdən xaric edildi – Dünyada belə hallarda hansı tədbirlər görülür?
14:00 17.09.2026
Tələbə universitetdən xaric edildi – Dünyada belə hallarda hansı tədbirlər görülür?
Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
13:51 17.09.2026
Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Universitetdən xaric edilən tələbəni nə gözləyir? – Təhsilini davam etdirə bilər?
13:31 17.09.2026
Universitetdən xaric edilən tələbəni nə gözləyir? – Təhsilini davam etdirə bilər?
“Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”
13:29 17.09.2026
“Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”