14 yaşlı qız özünü binadan atdı - Telefon üstündə

14 yaşlı qız özünü binadan atdı - Telefon üstündə
SOSİAL
10:07 11.06.2018
9250
Bakıda yeniyetmə qız anasının ona telefon verməməsi səbəbindən özünü 11-ci mərtəbədən yerə atıb.

AZXEBER.COM report-a istinadən xəbərinə görə, hadisə Xətai rayonunda, Sabit Orucov küçəsində baş verib. 

2004-cü il təvəllüdlü Talıbova Fidan İlham qızı anası ilə mübahisə edib. Buna səbəb isə onun anasından mobil telefon istəməsi olub. Lakin anası telefonu ona verməyib.

Belə olduqda F.Talıbova özünü yaşadığı binanın 11-ci mərtəbəsindən yerə atıb. Xoşbəxtlikdən F.Talıbova avtomobilin üzərinə düşüb və sağ qalıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralı cərrahi əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR