Yaponiyada 15 günlük turist vizasının müddətini 26 ildən çox aşan 72 yaşlı Cənubi Koreya vətəndaşı saxlanılıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hadisə Şizuoka prefekturasının Yaizu şəhərində baş verib.
Şizuoka Polisi iyun ayında daxil olan məlumat əsasında araşdırmaya başlayıb və nəticədə şübhəlini saxlayıb.
Məlumata görə, kişi 1993-cü ilin sentyabrında daha yüksək maaşlı iş tapmaq məqsədilə qardaşının pasportundan istifadə edərək 15 günlük turist vizası ilə Yaponiyaya daxil olub. O, həmin vaxtdan ölkədə qanunsuz olaraq yaşayıb və gündəlik işlərdə çalışıb.
Yaponiyada viza müddətini aşmaq 2000-ci ilin fevralına qədər cinayət hesab edilmədiyindən, polis onu məhz həmin tarixdən etibarən ölkədə qanunsuz qalmaq ittihamı ilə saxlayıb. 72 yaşlı kişi ittihamları qəbul edib.
Yaponiya Ədliyyə Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin yanvarına ölkədə viza müddətini pozan 68 488 nəfər olub. Bu göstərici 1993-cü ildə qeydə alınan 298 646 nəfərlə müqayisədə əhəmiyyətli dərəcədə azdır
Gülay











































