15 il yatdı, çıxdı, kitab yazdı - “Mən Quliyəm”

15 il yatdı, çıxdı, kitab yazdı - “Mən Quliyəm”
SOSİAL
16:17 13.11.2017
21003

"Beş saniyədən sonra başına beş tapançanın soyuq lüləsinin tuşlanacağından xəbərsiz olan gənc geniş prospektdə yolun sağında saxladığı avtomobilinin sükanı arxasındaydı.

Aprel ayı idi, gündüz vaxtıydı, yolun işlək hissəsində maşınlar şütüyür, səki ilə ara-sıra insanlar gəlib-gedirdi. Hər hansı bir təhlükə və ya təhlükə işartısı yox idi. Heç kəs beş saniyədən sonra burada detektiv filmlərinin səhnəsini xatırladan bir durumun yaranacağını düşünməzdi”.

İngilis yazıçısı Frederik Forsaytın "Allahın yumruğu” adlı kitabının girişinə bənzəyən bu cümlələr "Mən Quliyəm” kitabından iqtibas edilib.
Kitabı başqa bir həmkarımla birlikdə mən redaktə etmişəm.

Müəllifi heç kəsin tanımadığı bir adamdır – Munis Yusifoğlu. Bu, onun ədəbi təxəllüsüdür, öz adı... Adının çəkilməsini istəmir. O, uzun illər məhbəsdə yatıb. Özü demişkən, "Narxoz”da oxuyurmuş, əlindən xəta çıxıb, atıblar içəri, azadlığa çıxandan sonra bir dəfə "söhbət xırdaladığı” yerdə ilişib, yenə salıblar barmaqlıqların arxasına. O da "oxuyan uşaqlar”dan olduğu üçün içəridə sarılıb kitablara, qəzetlərə, oxuduqca oxuyub, əhd eləyib ki, məhbəsdən çıxandan, əli bir az düzələndən sonra özü də kitab yazsın.

Bəs nəyə görə kitabı mənə redaktə etdirmək istəyib? Heç demə, adam qəzetimizin daimi, mənim isə hər iki imzamın sadiq oxucusu imiş. Biz görüşəndə elə hey soruşurdu ki, səni tanıdım, bəs Samir Sarı kimdir. Dedim, xeyli təəccübləndi, amma bəziləri kimi "ürəyimə dammışdı” demədi.

Üst-üstə 50-dən artıq kitab redaktə eləmiş yazı-pozu adamı kimi oxucumun oxucusu oldum, onun kitabını redaktə etməyə başladım. Baxdım ki, bay, kitab çox aktual mövzudadır, Lotu Qulidən bəhs edir.

Qulinin məhbəsdən buraxılmasının üstündən bir həftə keçməmiş sabiq məhkum artıq onun barəsində, eləcə də başına tikanlı məftillər çəkilmiş hündür hasarların o üzündəki dünya haqqında bilgilərini kitab halına gətirib.

O, Qulinin türmə yoldaşı olub, erkən gəncliklərindən tanışlıqları başlayıb, hələ də davam edir. Qardaşın bu kitabı yazmaqda əsas istəyi odur ki, xalq onun "xlebnik”i haqqında həqiqəti bilsin, Quli barədə qara piar materiallarına, cürbəcür şayiələrə inanmasın.

Kitabda Quli barədə heç kəsin bilmədiyi bilgilərlə, informasiyalarla yanaşı, xeyli maraqlı nüanslar da var. Oxudum, mənə ləzzət elədi. 
Məsələn, çoxunuz bilmirsiniz ki, sabiq daxili işlər naziri İsgəndər Həmidov türmədə necə yatıb, necə ad qoyub, "qad”lara niyə "qrev” göndərib.

Bəs Sabirabadlı Hikməti əslində kimin öldürtdüyünü bilirsinizmi? Mən də bilmirdim. Bircə onu bilirdim ki, Hikmətin qətlini Qulinin ayağına yazırlar. Amma Munis təxəllüslü müəllif masanın üstündəki "Qrilyaj” şokoladının bərəkətinə and içdi ki, onun ölümündə Qulinin əli olmayıb. O, sonra dedi ki, kitabda o adamın adını çəkib, diqqətli oxucu o saat biləcək ki, söhbət kimdən gedir, amma adam çox imkanlı və qüdrətlidir, soyadı da çəkilsə kitabı yığdırar, Munisi də vurdurar.

Bundan başqa, "Mən Quliyəm” kitabını oxuyanda biləcəksiniz ki, 1995-ci ildə Lənkəranın İH başçısı Dilrüba Camalovanın həkim oğlunu kimlər oğurlayıbmış, ondan ötrü kimi Bayıl həbsxanasından çıxarıblar, aparıb "Xanbulan” istirahət mərkəzində yerləşdiriblər, o da yeyib-içərək kef edə-edə, istirahət mərkəzində içdikləri araq şüşələrini hədəf kimi düzüb tapança ilə "sərrastlıq yarışı” keçirə-keçirə adamı necə xilas edib. Bu, çox maraqlı məqamdır. Oxuyanda fikirləşdim ki, bu hadisənin kinosunu da çəkmək olar – ta serial kimi yox ha, cəmi bir seriya. Adı da "100 min dollarlıq girov” (Ya da başqa bir şey, indi 100 min dollar camaatın gözünə az görünə bilər, amma 1995-də bir bardan milli valyuta edirdi). Kitabda Rövşən Lənkəranski ilə Qulinin, Quli ilə Otari Bədəlovun, Otarla Mirseymurun münasibətlərinə dair də xeyli maraqlı söhbətlər var. Bu kitab ona görə daha maraqlıdır ki, müəllif bunu bayırda yazmayıb, içəridə oturduğu vaxt beyninə yazıb, çıxdıqdan sonra kağıza köçürüb. Bəs bu kitabı "oğru aləminin təbliğatı” hesab etmək olarmı? Qətiyyən. Kitabı oxuyandan sonra o fikrə gəlirsən ki, biz, azad həyatda yaşayanlar nə qədər şanslıymışıq – kasıb olsaq da. P.S. Mənim yazılarımı, redaktəmi bəyənən Munis deyir ki, sən üçcə il türmədə yatsan, çıxandan sonra Mario Pyuzodan ("Xaç atası"nın yazarı) da yaxşı əsərlər yaradarsan. Təvazökarlıqdan Qobustan "krıtı”sı qədər uzaq olsa da, özüm də o fikirdəyəm, sadəcə, türmədə yatmağa həvəsim yoxdur. P.P.S. Kitabı "Qaya" mətbuat yayımı firmasından ( 565 67 13; 564 48 96) sifariş etmək olar. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
14:47 26.08.2025
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
Xocavənd və Ağdərədə baş verən yanğınların söndürülməsinə aviasiya cəlb olundu - VİDEO
14:44 26.08.2025
Xocavənd və Ağdərədə baş verən yanğınların söndürülməsinə aviasiya cəlb olundu - VİDEO
Tramp bəzi ölkələri açıq şəkildə hədələdi: “Nəticələri ilə üzləşəcəksiniz"
14:33 26.08.2025
Tramp bəzi ölkələri açıq şəkildə hədələdi: “Nəticələri ilə üzləşəcəksiniz"