“15 min versən, oğlunu işə düzəldərəm” - Maşallah Əhmədovun məhkəməsindən

“15 min versən, oğlunu işə düzəldərəm” - Maşallah Əhmədovun məhkəməsindən
SOSİAL
12:24 25.10.2016
1231
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş Yusif Əzizov bildirib ki, oğlunu ixtisası üzrə işə düzəltmək üçün dostunun məsləhəti ilə Maşallah Əhmədova 15 min manat pul verib: "Dostum dedi ki, oğlum da Maşallah Əhmədovun yanında işləyir. Görüşdük, dedi 15 min manat pul versən, oğlunu şirkətlərdən birinə işə düzəldərəm. Maşallah dedi ki, oğlunu da göndərəcəyik xaricdə oxusun. Mən də pulu verdim. Neçə il keçdi, iş düzəlmədi, pulu da qaytarmadı. Mən dəfələrlə ona demişəm ki, gəl məsələni polis səviyyəsinə qaldırmayaq. Bundan əlavə, mənə başqa işlərlə bağlı da söz verdi, amma etmədi. Onun mənə vurduğu ziyan 350 min manatdır. Mənə İrandan tikinti daşı gətirmək üçün də söz verdi, pulumu aldı qaytarmadı".

M.Əhmədov isə deyib ki, həmin adamla İrana gedib tikinti daşları gətiriblər: "Bu adam bilmirdi ki, o daş İranda neçəyədir, Bakıda neçəyə satılır? Daş biznesində onun təcrübəsi yox idi. Daşları mən satırdım. Sonra dedi ki, sən məni aldadırsan. Mən də dedim get özün sat. Neçə ay keçdi, sata bilmədi. Heç bir şeyi düz danışmadı".

Prosesdə ifadə verən Y.Əzizovun oğlu Nizami Əzizov da atasının dediyi fikirləri təsdiq edib.

Sonra prosesdə ifadə verən şahid Qaçay Əliyev M.Əhmədovun Y.Əzizovdan oğlunu işə düzəltmək adı ilə pul aldığını təsdiq edib. Proses noyabrın 1-də davam etdiriləcək.

Xatırladaq ki, M.Əhmədov 2015-ci il dekabrın 14-d Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan "Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq dəyərə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb.

Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı barədə qərar qəbul edib.

Trend.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ayda 965 AZN ödəməklə "Biləcəri" layihəsində öz mənziliniz olsun - "Kristal Abşeron!"
14:37 16.05.2025
Ayda 965 AZN ödəməklə "Biləcəri" layihəsində öz mənziliniz olsun - "Kristal Abşeron!"
ATU-nun tələbəsi vəfat etdi
14:03 16.05.2025
ATU-nun tələbəsi vəfat etdi
“Müəllimdən Müəllimə” təlimləri uğurla həyata keçirilir - FOTOLAR
13:56 16.05.2025
“Müəllimdən Müəllimə” təlimləri uğurla həyata keçirilir - FOTOLAR
"Ağdam Muğam mərkəzinin açılışı tarixi hadisə olaraq yaddaşlarda qalacaq"
13:51 16.05.2025
"Ağdam Muğam mərkəzinin açılışı tarixi hadisə olaraq yaddaşlarda qalacaq"
Türkiyədə 2 ton narkotik MƏHV EDİLDİ
13:37 16.05.2025
Türkiyədə 2 ton narkotik MƏHV EDİLDİ
İlham Əliyevlə Nikol Paşinyanın Tiranada ayaqüstü görüşü oldu - VİDEO
13:36 16.05.2025
İlham Əliyevlə Nikol Paşinyanın Tiranada ayaqüstü görüşü oldu - VİDEO
Azərbaycanda istiliyin verilməsi vaxtı dəyişdiriləcək
13:25 16.05.2025
Azərbaycanda istiliyin verilməsi vaxtı dəyişdiriləcək
Deputat Səyyad Aran: "5 min manat maaş alıram, necə qənaət edim?"
13:24 16.05.2025
Deputat Səyyad Aran: "5 min manat maaş alıram, necə qənaət edim?"
Hindistanlı alpinist Everest zirvəsi yaxınlığında ölü tapıldı
13:22 16.05.2025
Hindistanlı alpinist Everest zirvəsi yaxınlığında ölü tapıldı
"Yaxın 3 gün ərzində diqqəyli olun" - Astroloq xəbərdarlıq etdi
13:14 16.05.2025
"Yaxın 3 gün ərzində diqqəyli olun" - Astroloq xəbərdarlıq etdi
Xadimə ticarət mərkəzinin 3-cü mərtəbəsindən yıxıldı
13:01 16.05.2025
Xadimə ticarət mərkəzinin 3-cü mərtəbəsindən yıxıldı
İlham Əliyev Tiranada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının açılış mərasimində iştirak edir
12:57 16.05.2025
İlham Əliyev Tiranada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının açılış mərasimində iştirak edir
100-dən çox “Telegram”, “TikTok” və “Instagram” kanalı bağlanıb - Seyfulla Əzimov
12:53 16.05.2025
100-dən çox “Telegram”, “TikTok” və “Instagram” kanalı bağlanıb - Seyfulla Əzimov
Danimarkanın Baş naziri: Sanksiyalar Rusiyaya təsir etməyin yeganə vasitəsidir
12:49 16.05.2025
Danimarkanın Baş naziri: Sanksiyalar Rusiyaya təsir etməyin yeganə vasitəsidir
Azərbaycan XİN: Paşinyanın açıqlaması Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını göstərir
12:42 16.05.2025
Azərbaycan XİN: Paşinyanın açıqlaması Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını göstərir
Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTOLAR
12:32 16.05.2025
Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTOLAR