15 yaşında ərə verilən qız evinə qaytarıldı - VİDEO

15 yaşında ərə verilən qız evinə qaytarıldı - VİDEO
SOSİAL
16:03 15.07.2021
1693
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şəkidə ərə verilən 15 yaşlı qızı ailəsinə qaytarıb.

Komitədən AZXEBER.COM-a verilən məlumata görə, məsələ ilə əlaqədar qızın ailəsi ilə profilaktik söhbətlər aparılıb.

Bildirilib ki, yeniyetmə Şəkidə oxuduğu məktəbdə təhsilini davam etdirəcək.

Qeyd edək ki, proseslərə nəzarət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları ilə Sabunçu Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının nümayəndələri ilə birlikdə aparılıb.
 

OXŞAR XƏBƏRLƏR