İngiltərədə yaşayan Paris Mayo valideynləri evdə olarkən uşaq dünyaya gətirib.
AZXEBER.COM Haberler.com-a istinadən xəbər verir ki, Mayo daha sonra uşağını boğaraq öldürüb və zibil torbasına atıb.
Səhəri gün o, qardaşına mesaj yazıb və evdən çıxarkən zibil torbasını zibil qutusuna atmasını istəyib.
Amma anası səhər qapının qarşısında tapılan zibil torbasına baxıb. Çantada cansız körpə cəsədini görən ana qışqıraraq polisə müraciət edib. Hadisə yerinə gələn polis qrupları Parisi saxlayıb.
Qatil ana ifadəsində hamilə olduğunu bilmədiyini, körpənin qəfildən doğulduğunu, körpənin öldüyünü desə də, müayinədə körpəsini özünün boğaraq öldürdüyü üzə çıxıb.
Qeyd edək ki, Paris Mayo 2019-cu ildə törətdiyi qətldə təqsirli bilinir. Faktla bağlı araşdırmalar davam etdirilir.
Gülay