15 yaşlı qız atasına dostu tərəfindən təcavüzə uğradığını deyib, sonra inkar edib
AZXEBER.COM Türkiyə mediasına istinadən bildirir ki, sözügedən hadisə Adanada baş verib. Belə ki, 15 yaşlı F.N.B valideynlərinə 17 yaşlı Muhammed Reşit Yıldırımın ona təcavüz etdiyini, ondan hamilə olduğunu bildirib.
Bundan sonra ata, Emrah Bayraktar M.R.Yıldırımı qətlə yetirib.
Polis tərəfindən həbs olunan Emrah daha bir şokla qarşılaşıb. Belə ki, qızı 15 yaşlı F.N.Bayraktar polisə ifadə verərək, "Muhammed Reşit mənə təcavüz etməyib, mən qorxdum atama heç nə deyə bilmədim. Əslində mənə atamın qohumu Murat Çapa təcavüz edib. Atam Murata bir şey edər deyə demədim. Çox peşmanam, bağışlayın” deyib. Bu ifadəsindən sonra qız da gözaltına alınıb.
Leyla Rəhimli