15 yaşlı qızın "başına oyun açdılar" - Dəhşətli hadisədən yeni detallar

KRİMİNAL
00:10 08.12.2022
1361
Ötən il Türkiyədə baş verən hadisəylə bağlı yenə detallar ortaya çıxıb.

Belə ki, Kocaelidə yük maşını ilə 4 gün evdən qaçan 15 yaşlı autizmli qıza cinsi təcavüz etdiyi iddia edilən şübhəlilərin məhkəməsi davam edib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, iddiaya görə, E.Z. yük maşınında 3 şübhəli tərəfindən cinsi istismara məruz qalıb. 

Hadisədən sonra saxlanılan yük maşının sürücüsü tutularaq həbs edilib. Müayinələr zamanı E.Z.-nin cinsi istismara məruz qaldığı müəyyən edilib.

Autizm xəstəsi olan E.Z. hadisə baş verən gün evdən qaçdığını, yolda gedərkən sürücü M.C-nin onu zorla yük maşınına mindirdiyini bildirib:
"Mənə "məhkumsan” dedi və nalayiq filmlərə baxmağı təklif etdi, "soyun, içəri isti olacaq” dedi". Sonra kondisioneri yandırdı, işığı söndürdü və mənə qarşı cinsi zorakılıq etdi. Mən çox qorxdum.  M.C. çılpaq şəklimi çəkdi. Dedi ki, gülümsə, səni satıb pul qazanacağam", - deyə zərərçəkən bildirib.

Müdafiəsi üçün çıxış etmək hüququ verilən M.C. isə ittihamları qəbul etməyib: "E.Z. öz istəyi ilə maşına minərək 18 yaşında olduğunu dedi. Onun razılığı ilə cinsi əlaqədə oldum. Qızla münasibətim 3 dəqiqə davam etdi, 3 saat davam etmədi. İttihamları qəbul etmirəm".

Məhkəmə təqsirləndirilən M.C.-nin həbs-qətimkan tədbirinin davam etdirilməsi barədə qərar çıxarıb və iclası təxirə salıb.

Aydın

OXŞAR XƏBƏRLƏR