15 yaşlı qızını öldürən ata: "Qızım dedi ki, ay ata, vurma"- Foto - Video

15 yaşlı qızını öldürən ata: "Qızım dedi ki, ay ata, vurma"- Foto - Video
SOSİAL
14:01 22.07.2016
34977
Ağdam rayon sakini 15 yaşlı Aygün Cabbarova, bibisi 56 yaşlı Zəhra Əliyarovanın Abşeron rayonu Xırdalan şəhərindəki evindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib və orada dünyasını dəyişib.
Dərhal araşdırmaralara başlayan Abşeron rayon polis əməliyyatçılarına ilk olaraq yeniyetmə qızın özünü öldürdüyü barədə məlumat verilib. Deyilənlərə şübhə ilə yanaşan polis əməkdaşları araşdırmalarını davam etdiriblər.
AZXEBER.COM "Region TV"yə istinadən xəbər verir ki, sonradan məlum olub ki, Aygün Cabbarovanı qısqanclıq zəmnində atası, 52 yaşlı Nəsib Cabbarov bıçaqla qətlə yetirib. Qatil ata saxlanılıb. Nəsib Cabbarov dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib.
Təxminən 3 ay bundan əvvəl müalicə üçün qızı ilə birlikdə Ağdam rayonundan Xırdalan şəhərinə, bacısının evinə gəldiyini deyən Nəsib Cabbarov bir müddət burada qalmalı olub.
Bacısının kürəkənindən qızı haqqında xoşagəlməz sözlər eşitdikdə qəzəbinə sahib çıxa bilməyən ata bıçağa əl atıb. O, yatmış vəziyyətdə olan 15 yaşlı qızının ürək nahiyəsindən iki dəfə xəsarət yetirib və onu öldürüb: "Səhər saat 8-də. Bıçaq elə şkafın qabağında idi. Bıçağı götürdüm elə, vurdum. O biri böyük qızım Suqra gördü. İkimərtəbəli kravatdı, o yuxarıda yatmışdı. Düşdü ki, ay ata, vurma, ay ata, vurma. Da mən də vurdum".
Aygünün əlaçı şagird olduğunu deyən atası onu öldürdüyünə sonradan peşman olub: "Nə deyim, səhv eləmişəm də. Vurmuşam. Onsuz da, bilirəm ki, axırı ölümdü. Öləcəm. Mənim 52 yaşım var. İndən sonra mən nə qədər yaşayacam ki, nə də çıxıb gedə biləm".
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
10:58 23.08.2025
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
10:49 23.08.2025
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
3 deputatın övladı TƏLƏBƏ OLDU
10:35 23.08.2025
3 deputatın övladı TƏLƏBƏ OLDU
Füzulidə yanğın törədən şəxs saxlanılıb
10:24 23.08.2025
Füzulidə yanğın törədən şəxs saxlanılıb