İTS Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzv oldu

İTS Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzv oldu
DÜNYA
11:39 04.03.2026
573
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Beynəlxalq Sosial Təminat Assosiasiyasına (BSTA - International Social Security Association) rəsmi tərəfdaş üzv qismində qəbul olunub.
 
AZXEBER.COM xəbər verir ki, 10 illik fəaliyyəti dövründə Agentliyin ilk dəfə beynəlxalq təşkilata üzv olması ölkəmizdə icbari tibbi sığorta modelinin beynəlxalq səviyyədə tanınmasının və etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Bu üzvlük Agentliyə beynəlxalq sosial təminat gündəliyində daha fəal iştirak, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi, eləcə də çoxtərəfli əməkdaşlıq platformalarında təmsilçilik imkanları yaradır.

BSTA çərçivəsində əməkdaşlıq Azərbaycanın icbari tibbi sığorta sahəsində əldə etdiyi nəticələrin beynəlxalq müstəvidə paylaşılmasına, eyni zamanda digər ölkələrin oxşar çağırışlara dair tətbiq etdiyi mexanizmlərin öyrənilməsinə şərait yaradır. 

Qeyd edək ki, Agentlik eyni zamanda Beynəlxalq Sosial Sığorta Assosiasiyasının Texniki Komissiyalar üzrə Forumunda təmsil olunub. Agentliyin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev  Səhiyyə üzrə Texniki Komissiyanın sədr müavini vəzifəsinə seçilib və sözügedən komissiyanın iclasında iştirak edib. 
İclas zamanı 2026–2028-ci illəri əhatə edən fəaliyyət gündəliyi müzakirə edilib, profilaktik yanaşmaların gücləndirilməsi, rəqəmsal həllər vasitəsilə tibbi xidmətlərə çıxışın və keyfiyyətin artırılması, eləcə də tibbi xərclərin idarə olunması kimi prioritet istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. 

Beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin inkişafı, sosial təminat sistemində davamlı innovativ yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
16:52 06.08.2026
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
16:42 06.08.2026
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
16:35 06.08.2026
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
16:27 06.08.2026
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
16:20 06.08.2026
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
16:18 06.08.2026
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
16:08 06.08.2026
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
16:01 06.08.2026
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
15:58 06.08.2026
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
15:33 06.08.2026
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
15:22 06.08.2026
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
15:06 06.08.2026
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
14:56 06.08.2026
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
Tahir Kərimliyə ağır itki
14:51 06.08.2026
Tahir Kərimliyə ağır itki
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
14:47 06.08.2026
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
Paşinyan onları yenidən postlarına təyin etdi
14:40 06.08.2026
Paşinyan onları yenidən postlarına təyin etdi