15 yaşlı sürücü maşını aşırdı: özü və nənəsi öldü

15 yaşlı sürücü maşını aşırdı: özü və nənəsi öldü
SOSİAL
16:37 09.03.2017
849

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Qasımalılar kəndindən keçən hissəsində qeydə alınıb.

 

"Niva” markalı avtomobilin aşması nəticəsində avtomobili idarə edən 2002-ci il təvəllüdlü Elzaməddin Vəliyev və onun nənəsi, 1954-cü il təvəllüdlü Vəzifə Vəliyeva hadisə yerində ölüblər.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

 
///Apa
OXŞAR XƏBƏRLƏR