“150 ilin söhbəti” kitabı işıq üzü görüb

“150 ilin söhbəti” kitabı işıq üzü görüb
MEDIA
20:27 05.06.2025
1017
Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə Azərbaycan Dövlət Nəşriyyatı yazıçı, əməkdar jurnalist Natiq Məmmədlinin "150 ilin söhbəti” kitabını nəşr edib.  

BP şirkətinin dəstəyi ilə çap olunmuş kitab milli mətbuat tarixinin, müasir Azərbaycan publisistik fikrinin öyrənilməsi, geniş auditoriyada kütləviləşdirilməsi, Azərbaycanın maarifpərvər fikir adamlarının irsinin təbliğ edilməsi məqsədini daşıyır. Kitabda müəllifin otuz il ərzində apardığı araşdırmaları, oçerkləri, məqalələri və müsahibələri, habelə bədii əsərləri öz əksini tapmışdır.

"Ədibin Evi”ndə təqdim olunan kitabın elmi redaktoru Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Mətbuat Şurasının sədri Rəşad Məcid, redaktoru isə Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyndir. 

"Ön söz”ün müəllifi Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli qeyd etmişdir ki, kitabda yer almış məqalələrin böyük bir qisminin media problemlərinin müxtəlif aspektlərini əhatə etməsi onun milli mətbuatın 150 illiyinə bir töhfə olması zərurətindən irəli gəlir. Müəllifin publisistik fəaliyyətinin, yaradıcı axtarışlarının yalnız müəyyən bir qismini əks etdirən kitabda əsas mövzu milli-mənəvi dəyərlərimizin qorunması, tarixi yaddaşın bərpası, dövlətçilik ideallarının təbliği və təbii ki, bu qəbildən olan ana mövzuların əsas tərkib hissəsi kimi, Azərbaycan jurnalistikasının müasir inkişaf təmayüllərini əks etdirməkdir.

"150 ilin söhbəti” kitabı milli mətbuat tarixi sahəsində sistemli yanaşmanı özündə əks etdirən publisistik toplu kimi Azərbaycanın ictimai-siyasi, fəlsəfi fikir tarixinə maraq göstərən ali məktəb tələbələri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Azərbaycanın uzunmüddətli etibarlı tərəfdaşı və iri enerji layihələrinin operatoru olan bp şirkəti ölkənin həyatının müxtəlif sahələrinə – təhsil, yerli icmaların inkişafı, ətraf mühitin qorunması, xalqın zəngin mədəni irsi və tarixinin tədqiqi və təbliği, milli idmanın inkişafına da öz töhfəsini verir. Bu kitab da Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə jurnalistika sahəsində ixtisaslaşan təhsil müəssisələrinə və geniş oxucu auditoriyasına BP-nin hədiyyəsidir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş qeyd olunması barədə Sərəncam imzalamışdır.

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
17:24 24.08.2026
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
17:19 24.08.2026
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
17:16 24.08.2026
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
17:15 24.08.2026
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
17:09 24.08.2026
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
17:03 24.08.2026
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
“Azərbaycan - Özbəkistan münasibətləri ən yüksək səviyyəyə çatıb” - Deputat
16:53 24.08.2026
“Azərbaycan - Özbəkistan münasibətləri ən yüksək səviyyəyə çatıb” - Deputat
Metroda sıxlıq niyə azalıb? – Səbəb açıqlandı
16:46 24.08.2026
Metroda sıxlıq niyə azalıb? – Səbəb açıqlandı
İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı video paylaşılıb
16:43 24.08.2026
İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı video paylaşılıb
Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
16:40 24.08.2026
Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
44 milyard dollarlıq sərvət sahibi öldü
16:30 24.08.2026
44 milyard dollarlıq sərvət sahibi öldü
Əhvalımıza uyğun geyinirik, yoxsa geyimimiz əhvalımızı dəyişir?
16:25 24.08.2026
Əhvalımıza uyğun geyinirik, yoxsa geyimimiz əhvalımızı dəyişir?
Zelenski: Ukrayna itkin düşmüş hesab edilən 10 hərbçini ölkəyə qaytarıb
16:23 24.08.2026
Zelenski: Ukrayna itkin düşmüş hesab edilən 10 hərbçini ölkəyə qaytarıb
DİN əməliyyat keçirib, 116 kiloqram narkotik aşkarlanıb
16:17 24.08.2026
DİN əməliyyat keçirib, 116 kiloqram narkotik aşkarlanıb
Ermənistanda daha bir hərbçi intihar edib
16:09 24.08.2026
Ermənistanda daha bir hərbçi intihar edib
İrandan Hörmüz boğazı ilə bağlı sərt qərar
16:04 24.08.2026
İrandan Hörmüz boğazı ilə bağlı sərt qərar