Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib

Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İQTİSADİYYAT
12:18 22.07.2024
430
Ölkəmizin aparıcı banklarından biri olan Bank Respublika və Sahibkarlığın İnkişafı Fondu (SİF) 22 iyul - Milli Mətbuat Günü ərəfəsində ölkənin aparıcı media nümayəndələri üçün ənənəvi press-tur təşkil edib.

2 gün davam edən press-tur çərçivəsində mətbuat nümayəndələri SİF və Bank Respublika dəstəyi ilə Lənkəranda sahibkarlıq fəaliyyəti göstərən müəssisə və təsərrüfatlarla tanış olublar.

Media nümayəndələri ilk öncə Lənkəranda qənnadı məhsullarının istehsalı ilə məşğul olan "La Ran”  müəssisəsinin fəaliyyəti ilə tanış olub. Qeyd edilib ki, müəssisədə istehsal edilən 5 növdə və 56 çeşiddə qənnadı məhsulları daxili bazarla yanaşı, "Made in Azerbaijan" brendi altında bir çox xarici ölkəyə ixrac olunur.

Daha sonra media nümayəndələri "Lenk Fruit” MMC-nin Lənkəran rayonunun Separadi kəndində salınmış sitrus bağlarında olublar. Görüşdə bildirilib ki, təsərrüfatda 110 hektar sahədə naringi və limon, 20 hektarda şaftalı, 5 hektar sahədə nektarin və 7 hektarda giləmeyvə bağı salınıb. İstehsal olunan meyvələr ölkə bazarlarında satılmaqla yanaşı, Avropa bazarlarına da ixrac edilir. 

Səfər çərçivəsində "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov media nümayəndələri ilə görüşüb. Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edən Bankın sədri, məsuliyyətli və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıb. Görüşdə həmçinin, Bank Respublika-ın son illərdə əldə etdiyi uğurlu nəticələr haqda ətraflı məlumat verilib, SİF ilə uğurlu əməkdaşlıq sayəsində ölkəmizdəki sahibkarlara verilən dəstəkdən söz açılıb. Səmimi şəraitdə keçən görüşdə Bankın sədri media nümayəndələrinin suallarını cavablandırıb və belə görüşlərin mütəmadi olaraq keçiriləcəyini bildirib.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı