01-26 noyabr tarixi çərçivəsində “Miss Globe İnternational” beynəlxalq gözəllik yarışmasının yerli seçim turlarının sənəd qəbuluna start verilib.Bu haqda xəbəri AZXEBER.COM-a layihənin baş prodüseri tanınmış Aqil Məmiyev verib."Kastinq günü noyabr ayının 29-da baş tutacaq. Kastinqdən keçəcək 24 nəfər xanım finalçı “Miss Globe Azerbaijan” adı uğrunda mübarizə aparacaq." - deyə Aqil Məmiyev bildirib.Qeyd edək ki, dünyaca məşhur müsabiqənin 90-cı finalında iştirak etmək üçün “Miss Globe Azerbaijan” yarışmasının ilk seçim turuna gözəlliyinə və intelektinə əmin olan 16-28 yaş arası subay qızlar qatıla bilər. Kastinqə qatılmaq üçün şəxsiyyət vəsiqəsi və 1 ədəd tam boy şəkillə müraciət edə bilər. 25.12.2015 tarixində isə nüfuzlu münsiflərin seçimi ilə “Miss Globe İnternational” müsabiqəsinin Azərbaycan təmsilçisi müəyyən olunacaq.Ətraflı məlumat üçün "[email protected]/* */" e-poçt ünvanına yaza bilərsiniz.