16 illik kirayəşinini öldürən ev sahibinin cəzası açıqlandı

DÜNYA
13:25 23.09.2024
127
Kirayə haqqının artırılması ilə bağlı mübahisə zamanı kirayənişini tapança ilə vuraraq öldürən şübhəli 15 il 10 ay həbs cəzasına məhkum edilib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib. 
 
İstanbul 39-cu Ağır Cəza Məhkəməsində keçirilən prosesdə saxlanılan müttəhim Ərtoğrul Öztunç və vəkili iştirak edib. 
 
Təqsirləndirilən Öztunç zərərçəkmiş Hüseyn Asarla ailə kimi olduqlarını ifadə edərək deyib:
 
"Belə xoşagəlməz hadisənin baş verməsindən təəssüflənirəm. Belə bir hadisənin olmasını istəmirdik. Biz onlarla ailə kimi idik".
 
Məhkəmə kollegiyası "Haqsız təxribatla qəsdən adam öldürmə” ittihamı ilə 14 il 2 ay, sənədsiz silah saxlamaqdan isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilən müttəhim Öztunç barəsində həbs qətimkan tədbirinin davam etdirilməsinə qərar verib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR