16 yaşlı ata təzə doğulan körpəsinin burnunu dişləyib, döyüb öldürdü

16 yaşlı ata təzə doğulan körpəsinin burnunu dişləyib, döyüb öldürdü
DÜNYA
12:59 22.12.2018
8576
7 həftəlik övladının burnunu dişləyib, döyən yeniyetmə ata həbs olunub.

AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, 16 yaşındaykən oğlunun kəllə sümüyünü qıran Dolton Filips (Doulton Phillips) ömürlük azadlıqdan məhrum edilib.

İngiltərənin Hempşir qraflığının Vinçester şəhər məhkəməsində Dolton Filipsə hökm oxunub. O, ömrünün minimum 15 ilini həbsxanada keçirəcək.

Xəsarət alan uşağın 18 yaşlı anası isə 30 ay müddətinə polis nəzarəti altında saxanılacaq.

Məhkəmədə bildirilib ki, ata oğlunu döyərkən sərxoş, eyni zamanda da narkotik maddənin təsiri altında olub.

Analizlərin nəticəsində görə Reqqi Filips adlı körpənin kəllə sümüyü və ayaqları qırılıb. O, xəstəxanaya çatdırılsa da, qısa müddət sonra dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR