16 yaşlı əkiz bacılar Suriyaya döyüşməyə getdilər

DÜNYA
12:32 10.07.2014
2733
Birləşmiş Krallığın təxminən 500 vətəndaşı Suriya və İraqda gedən döyüşlərdə iştirak edir
Britaniya polisi iki əkiz bacının axtarışlarına başlayıb.
Anspress-in məlumatına görə, ehtimallara görə, bacılar vuruşmaq üçün Suriyaya yola düşüblər.
İngiltərənin şimal-qərbində yaşayan 16 yaşlı müsəlman qızlar iki həftə əvvəl yox olublar. Qonşular bildiriblər ki, valideynləri Somalidən olan bacılar çox dinpərəst olublar.
Polisin anti-terror bölməsinin nümayəndəsi qeyd edib ki, ilkin olaraq qızların artıq Suriyada olan qardaşlarının yanına getdikləri versiyası yoxlanılır.
Britaniya hakimiyyətinin təxmini məlumatlarına görə, Birləşmiş Krallığın təxminən 500 vətəndaşı Suriya və İraqda gedən döyüşlərdə iştirak edir.
OXŞAR XƏBƏRLƏR