06:09 çərşənbə Axşamı, 28 Yanvar 2020
DÜNYA

16 yaşlı Namiq Qazaxıstanda faciəvi şəkildə öldü

11:54, 15.07.20193026
16 yaşlı Namiq Qazaxıstanda faciəvi şəkildə öldü
Qazaxıstanın Kostanay şəhərinin regional uşaq xəstəxanasında 16 yaşlı azərbaycanlı Namiq Şirinov dünyasını dəyişib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, yeniyetmənin üzərinə iyunun 28-də futbol meydançasında darvaza aşıb.

Xəstəxanaya yerləşdirilən Şirinova həkimlər qaraciyərin yırtılması və güclü retroperitoneal hematom diaqnozu qoyublar.

Bu gün o, paytaxt Nur-Sultanda özəl klinikaya yerləşdirilməli imiş. Lakin keçirdiyi 5 əməliyyata baxmayaraq həyatını itirib.  

N. Şirinov dəfn olunmaq üçün Azərbaycana gətiriləcək. Şəhərin bələdiyyə rəhbəri Kayrat Ahmetov cənazənin Bakıya gətirilməsi üçün bütün xərcləri öz üzərinə götürüb.

Qeyd edək ki, faktla bağlı "səhlənkarlıq" maddəsi üzrə cinayət işi açılıb. İstintaq davam etdirilir.

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ