Göyçayda bıçaqlanma hadisəsi baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində Göyçay sakini 2008-ci il təvəllüdlü Cəfərov Nihat Yavər oğlu bıçaq yarası ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Tibbi müdaxilə olunan yeniyetmənin vəziyyətinin orta ağır olduğu bildirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törədən yeniyetmə saxlanılaraq izahatı alınıb. Müvafiq ekspertiza təyin olunub və hazırda rayon polis şöbəsində araşdırmalar davam etdirilir.