166 milyon il əvvələ aid dinozavr izləri tapıldı

166 milyon il əvvələ aid dinozavr izləri tapıldı
MARAQLI
14:32 03.01.2025
466
Böyük Britaniyada dinozavr izlərinin olduğu ən böyük ərazi aşkarlanıb.

AZXEBER.COM xarici mətbuta istinadən xəbər verir ki, dinozavrların ayaq izləri ölkənin Oksfordşir bölgəsindəki bir karxanada üzə çıxıb.

Verilən məlumata görə ayaq izlərinin sayı 200-ə yaxındır.

Onlar 166 milyon il əvvələ aiddir.

İzlərin "Cetiosaurus” adlı uzunboyunlu sauropod və daha kiçik ölçüdə ətyeyən meqalozavra aid olduğu ehtimal edilir.
 
Qeyd edək ki, mütəxəssislər bu izlərin üzə çıxmasına səbəb kimi bölgədəki quraqlığı göstəriblər.
 
Aysel
OXŞAR XƏBƏRLƏR