166 Yükdaşıma və Logistika xidmətindən kimsəsiz uşaqlara diqqət - VİDEO

İQTİSADİYYAT
15:11 17.09.2024
228
166 Yükdaşıma və Logistika xidməti "Bilik Günü” ilə əlaqədar örnək layihəyə imza atıb.

AZXEBER.COM xəbər verir ki, şirkət Əməkdar artist Bəhram Bağırzadə ilə bərabər kimsəsiz uşaqları da diqqətdən kənar saxlamayıb. 

Şirkət əməkdaşları və uşaqların "Bəhram əmi”si "Ümid kimsəsiz uşaq evi”ndə 50-dən çox kimsəsiz uşaqla bir araya gəlib. Onlara Azərbaycan tarixi, Qarabağ atları, İrəvan mövzusunda maraqlı və maarifləndirici kitablar hədiyyə edilib. Daha sonra şirkət əməkdaşları və əməkdar artist uşaqlarla xoş vaxt keçiriblər. 

Sözügedən gündən yadda qalan görüntüləri təqdim edirik:

 

 

 

OXŞAR XƏBƏRLƏR