17-ci əsrə aid kilsə yanıb kül oldu

17-ci əsrə aid kilsə yanıb kül oldu
DÜNYA
16:33 16.08.2026
280
Polşanın Sanok şəhərindəki Xalq Memarlığı Açıq Hava Muzeyi ərazisində baş verən yanğında 1667-ci ilə aid taxta kilsə tamamilə yanıb.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, əraziyə 140-a yaxın yanğınsöndürən cəlb olunsa da, binanı və daxilindəki antik əşyaları xilas etmək mümkün olmayıb.

Muzey rəhbərliyi abidənin qiymətsiz olduğunu və bərpasının qeyri-mümkünlüyünü bildirib.

Hadisənin səbəbi araşdırılır, muzey müvəqqəti bağlanıb.
OXŞAR XƏBƏRLƏR